Bütün işlər

WhatsApp Toplu Mesaj — Avtomatlaşdırma Aləti

WhatsApp APIAutomationAI Chatbot
WhatsApp Toplu Mesaj — Avtomatlaşdırma Aləti

Əmlak satışı sektorunda çalışan bir müştəri üçün hazırladığım tam funksional WhatsApp satış platforması. Sadə toplu mesaj alətindən başlayıb, gələn mesajlara avtomatik cavab verən süni intellekt əsaslı satış assistentinə və komanda üçün ortaq inbox-a qədər genişlənib — bu günə qədər 2000-dən artıq mesaj bu sistem üzərindən göndərilib.

Nə etdik

  • Excel/CSV siyahısından və ya əl ilə daxil edilmiş nömrələrə toplu mesaj — sərbəst mətn və ya Meta-da təsdiqlənmiş şablon formatında
  • Şablon mesajlara şəkil header və düymə (call-to-action) linki əlavə etmək imkanı
  • Claude (Anthropic) əsaslı AI satış assistenti — gələn müştəri mesajlarına real vaxtda, öyrədilmiş bilik bazası çərçivəsində avtomatik cavab verir
  • Xüsusi 'bilik bazası' redaktoru — komanda AI-nin nə bildiyini admin paneldən istənilən vaxt yeniləyə bilir, kod dəyişikliyinə ehtiyac qalmır
  • Bütün gələn/gedən yazışmaları müştəri üzrə qruplaşdıran ortaq inbox — komanda parolla qorunan 'staff' panelindən izləyir
  • Meta WhatsApp Business API webhook-u ilə mesajların real vaxtda qəbulu (mətn, şəkil, səs, sənəd tipləri dəstəklənir)
  • Eyni nömrədən paralel mesajlara qarşı kilid (lock) mexanizmi — AI-nin eyni müştəriyə iki dəfə cavab yazmasının qarşısını alır
  • Azərbaycan nömrələrinin formatını (+994) avtomatik tanıyıb düzəldən validasiya
  • Bu günə qədər 2000-dən çox mesaj göndərilib, 200-dən artıq müştəri yazışması qəbul olunub